Polşa klubu “Qarabağ”ın futbolçusunun transferində israrlıdır

Polşa klubu “Qarabağ”ın futbolçusunun transferində israrlıdır
Futbol
27 Yanvar 2021 - 19:14
Polşa yüksək liqasında yarışan "Rakuv" Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə cəlb etməkdə israrlıdır.

Supersport.Az "transfery.info" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Marek Papşun 24 yaşlı hücumçunu klubunda görmək istəyir.

"Rakuv" bu keçid üçün "Qarabağ"a bir neçə yüz min avro ödəməlidir. Klub polşalı hücumçusu Oskar Zavada ilə vidalaşmaq niyyətindədir.

Emrelinin məhz Cənubi Koreyaya yollanması gözlənilən forvardı əvəzləyəcəyi ehtimal edilir.

Mahirin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb.

Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır. Daha əvvəl Polşanın “Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

Digər xəbərlər