Elmar Məmmədyarov AFFA-dan istefa vermək istəmir

Elmar Məmmədyarov AFFA-dan istefa vermək istəmir
Futbol, Eksklüziv
20 Yanvar 2021 - 21:00
Supersport.Az-a Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun AFFA-dan ayrılmaq fikrində olmadığı haqda məlumat daxil olub.

Saytımıza açıqlamasında futbol qurumunun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bu şəxsin İcraiyyə Komitəsinin üzvüyündən istefa vermədiyini bildirib.

“Elmar Məmmədyarov komitədən istefa verməsiylə bağlı fikrini bildirməyib. Bu addımı atsaydı, indiyədək prosedura əsasən, yeni üzv müəyyən olunardı”.

E.Məmmədyarov 2016-cı ildən AFFA-da təmsil olunur. Yanvarın 29-da qurum videoformatda növbəti konfransını keçirəcək.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev ötən ilin iyulunda Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsinin öhdəsindən gələ bilmədiyini deyərək, onu sərt tənqid edib və kənarlaşdırıb. 

 

 

Digər xəbərlər