Elxan Məmmədov müharibə iştirakçısını təbrik etdi

Elxan Məmmədov müharibə iştirakçısını təbrik etdi
Futbol
19 Yanvar 2021 - 15:09
Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib. İcraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.

Digər xəbərlər