“Neftçi” Futbol Akademiyasının U-19 komandasının məşqçisi Vaqif Paşayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Supersport.Az-ın xəbərinə görə, bu haqda klub məlumat yayıb:
“Təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edirik”.
Qeyd edək ki, Vaqif Paşayev keçən ilin yayından “Neftçi” Futbol Akademiyasında çalışırdı.