“Neftçi” “Kəpəz”i çətin məğlub etdi

“Neftçi” “Kəpəz”i çətin məğlub etdi
Futbol
10 Yanvar 2021 - 17:18
"Neftçi" qış təlim-məşq toplanışında ilk oyununu keçirib.

Supersport.Az xəbər verir ki, rəqib birinci divizion təmsilçisi "Kəpəz" olub.

"Futbol Mərkəzi”ndə təşkil olunmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namiq Ələsgərov vurub. O, ikinci hissədə meydana daxil olaraq, fərqlənməyi bacarıb.

Qarşılaşma həm də "Neftçi"nin qapıçısı Səlahət Ağayevin uzun fasilədən sonra yaşıl meydanlara qayıdışı ilə əlamətdar olub.

 

Digər xəbərlər