Qurban Qurbanovun oğlu “Qarabağ”dan getdi

Qurban Qurbanovun oğlu “Qarabağ”dan getdi
Futbol
03 Yanvar 2021 - 23:38
"Qarabağ" Musa Qurbanlını icarəyə verib.

Supersport.Az-ın məlumatına görə, 18 yaşlı hücumçu mövsümün sonuna qədər "Zirə"də çıxış edəcək.

Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.

Qeyd edək ki, millinin baş məşqçisi Canni De Byazi milliyə dəvət etdiyi forvardı Sloveniya ilə qolsuz bitən yoldaşlıq görüşündə sınaqdan keçirib.

 

 

Digər xəbərlər