“Qarabağ”ın keçmiş baş məşqçisinin həyatı təhlükədə

“Qarabağ”ın keçmiş baş məşqçisinin həyatı təhlükədə
Futbol
11 Dekabr 2020 - 14:18
Supersport.Az-ın məlumatına görə, "Qarabağ", "Neftçi" və "Kəpəz"in sabiq hücumçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Ağdam klubunu çalışdırmış mütəxəssis bir həftədir xəstəxanaya yerləşdirilib.

Abbasovun vəziyyətinin ağır olduğundan süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də "Qarabağ"la Ağdama səfər etmişdi.

Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov, AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

Digər xəbərlər