Millinin baş məşqçisi Mahmud Qurbanov olacaq

Millinin baş məşqçisi Mahmud Qurbanov olacaq
Futbol, Eksklüziv
07 Dekabr 2020 - 19:31
Avropa çempionatının seçmə mərhələsində fiaskoya düçar olan Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviçlə yollar ayrıla bilər. AFFA-nın müqaviləsi gələn ilin iyununda başa çatacaq 43 yaşlı serb çalışdırıcını göndərəcəyi bildirilir. Yığmanın qrupda 6 xalla 6 komanda sırasında 5-ci olması qənaətbəxş sayılmayıb. Serbiyalı məşqçi 2019-cu ilin yanvarından U-21 millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 1 yoxlama görüşü olmaqla 11 matç keçirib ki, bunların da 2-də qələbə qazanıb, 1-də heç heçə edib, 8 görüşü isə məğlubiyyətlə başa vurub.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, U-21 millimizin baş məşqçi vəzifəsinə əsas namizəd Mahmud Qurbanovdur. Mütəxəssis hazırda “Neftçi”nin əvəzedici komandasını çalışdırır. AFFA-nın yaxın günlərdə 47 yaşlı məşqçiylə müqavilə imzalayacağı gözlənilir.

 

Digər xəbərlər