“Neftçi”də iki istefa

“Neftçi”də iki istefa
Futbol
11 Noyabr 2020 - 19:00
Supersport.Az-ın məlumatına görə, Bakının "Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov istefa veriblər.

Klubun mətbuat xidmətinin yaydığı xəbərdə buna səbəb komandanın Azərbaycan Premyer Liqasındakı sonuncu oyunu göstərilib. Noyabrın 8-də baş tutan oyunda “Neftçi” Ağdamın "Qarabağ" klubuna 0:6 hesabı ilə uduzub.

Məğlub komandanın yeni baş məşqçisi Samir Abbasov təyin olunub.

 

Digər xəbərlər