Millimiz məğlubiyyətlə barışdı

Millimiz məğlubiyyətlə barışdı
Futbol
10 Oktyabr 2020 - 21:04

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.

Supersport.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü turda qrup lideri Monteneqroya səfərdə 0:2 hesabı ilə məğlub olub.


Rəqib komanda ilk turda  Kipr (2:0), ikinci turda isə Lüksemburq (1:0) üzərində qələbə qazanmışdı.

Turnirin  birinci oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisi isə ikinci turda Nikosiyada Kiprə 1:0 hesabı ilə qalib gəlmişdi.


Yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxıb.

Əlavə edək ki, qrupun digər matçında Lüksemburq Kiprə 2:0 hesabı ilə qalib gəlib.

10 oktyabr

UEFA Millətlər Liqası

C liqası, 3-cü tur


1-ci qrup


17:00. Monteneqro – Azərbaycan 2:0


Qollar: Yovetiç, 9 (1:0), İvanoviç, 71


Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)
Podqoritsa. Şəhər stadionu

17:00. Lüksemburq - Kipr - 2:0


Qollar: Sinani, 12, 26


















































1Monteneqro3300509
2Lüksemburq3201426
3Azərbaycan3102243
4Kipr3003050

Digər xəbərlər