"Zirə" uddu, "Neftçi"nin baş məşqçisi qaçdı - Video

"Zirə" uddu, "Neftçi"nin baş məşqçisi qaçdı - Video
Futbol, Video
03 Oktyabr 2020 - 18:25
Azərbaycan Premyer Liqasının 5-ci turunda "Zirə" "Neftçi"ni məğlub edərək liderliyə yüksəlib.

Supersport.Az-ın məlumatına görə, oyundan sonra qalib komandanın baş məşqçisi Rəşad Sadıqov rəqibin əsas çalışdırıcısı Füzuli Məmmədovla görüşmək istəsə də, həmkarını texniki zonada tapmayıb. Matçın sonlarında qapısına qol buraxan "Neftçi"nin baş məşqçisi F.Məmmədov dərhal ehtiyat oyunçular skamyasını tərk edib.


"Qəbələ" - "Sumqayıt" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Qarabağ" - "Səbail" görüşü təxirə salınıb.

3 oktyabr

16:00. “Zirə” – “Neftçi” 1:0


Qol: Davit Valkov, 90+5 (1:0)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

14:00. “Qəbələ” – “Sumqayıt” 1:1


Qollar: Əli Qurbani, 26 (0:1), Rafael Utrix, 44 (1:1)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

2 oktyabr

"Sabah" - "Keşlə" - 0:2
















 









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Zirə53117-610
2Keşlə52215-38
3Sumqayıt52217-58
4Neftçi52125-67
5Sabah52036-66
6Qarabağ41215-45
7Qəbələ50413-64
8Səbail41035-73


 



Bombardirlər:

Əli Qurbani ("Sumqayıt") - 5 qol
Namiq Ələsgərov ("Neftçi") - 3 qol
Davit Volkov ("Zirə") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Ovusu Kvabena ("Qarabağ") - 2 qol
Ramil Şeydayev ("Sabah") - 2 qol
Rauf Əliyev ("Səbail") - 2 qol
Klesio Bauk ("Zirə") - 2 qol
Silvio Rodriqes ("Keşlə") - 2 qol




Digər xəbərlər