"Neftçi" "Başakşəhər"in futbolçusunu icarəyə götürdü

"Neftçi" "Başakşəhər"in futbolçusunu icarəyə götürdü
Futbol
19 Sentyabr 2020 - 18:20
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Başakşəhər”in futbolçusu Mert Çeliki icarəyə götürüb. 20 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. O, “Neftçi”də 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, M.Çelik 21 yaşlılardan ibarət Azərbaycan millisinin də üzvüdür.

Digər xəbərlər