“Qarabağ”a çətinlik: güclü rəqib, səfər oyunu

“Qarabağ”a çətinlik: güclü rəqib, səfər oyunu
Futbol
18 Sentyabr 2020 - 16:18
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Çempionlar Yolunda səpələnmişlər səbətində yer alan "Qarabağ"a bu cütlük rəqib olub:


“Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi

"Qarabağ" bir oyundan ibarət olacaq bu mərhələnin matçını oktyabrın 1-i səfərdə keçirəcək.

 

Digər xəbərlər