Çempionlar Liqasında pley-off uğrunda mübarizə

Futbol
16 Sentyabr 2020 - 14:57
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başa çatacaq.

Supersport.Az xəbər verir ki, son oyun günündə 5 matç keçiriləcək.

Dünən "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.

Turnirdəki təmsilçimiz "Qarabağ" bu gün neytral meydanda - Kiprdə Norveç "Molde"si ilə qarşılaşacaq.

Kiprdə keçiriləcək digər oyunda yerli "Omoniya" Serbiyanın "Srvena Zvezda" klubunu qəbul edəcək.

Macarıstan təmsilçisi "Ferentsvaroş" öz meydanında Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşacaq. Məhz bu oyunun qalibi pley-offda "Qarabağ" - "Molde" cütünün güclüsü ilə qarşılaşacaq.

Digər oyunlarda isə "Makkabi" (Təl-Əviv, İsrail) "Dinamo"nu (Brest, Belarus), “Midtülland” (Danimarka) “Yanq Boyz”u (İsveçrə) qəbul edəcək.

Qalib gələn komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edəcəklər.

16 sentyabr

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)

15 sentyabr

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "AZ Alkmaar" (Niderland) - 2:0
Qollar:
Rodriqes, 49, Şaparenko, 86

22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar:
Qiannoulis, 63 (1:0), Zivkoviç, 75 (2:0), Silva, 90 (2:1)

22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya) - 2:1
Qollar:
Dorş, 36 (1:0), Yaremçuk, 59-pen (2:0), Yusuf Demir, 90+3 (2:1)

Digər xəbərlər