Çempionlar Liqasında növbəti mübarizə günü

Çempionlar Liqasında növbəti mübarizə günü
Futbol
15 Sentyabr 2020 - 15:36
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.
İlk olaraq Ukraynanın "Dinamo"su Niderland "AZ Alkmaar"ını qəbul edəcək.


Daha sonra Yunanıstan PAOK-u doğma meydanda Portuqaliya  "Benfika"sı ilə qarşılaşacaq.


Günün son oyununda isə Avstriya "Rapid"i Belçika" "Gent"inin qonağı olacaq.

15 sentyabr

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "AZ Alkmaar" (Niderland)

22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)

22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya)

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" da sabah Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq.

 

Digər xəbərlər