"Qalatasaray" Bakıya qələbəylə gəlir - Video

"Qalatasaray" Bakıya qələbəylə gəlir - Video
Futbol, Video
12 Sentyabr 2020 - 23:13
"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibi "Qalatasaray"ın Türkiyə Superliqasında ilk oyunu uğurlu alınıb.


Supersport.Az xəbər verir ki, İstanbul təmsilçisi 1-ci turda "Qaziantep"lə qarşılaşıb. Matç Fatih Terimin baş məşqçisi olduğu komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" - "Qaziantep" - 3:1


Qollar: Falkao, 8-pen (1:0), Kılınç, 28 (2:0), Falkao, 40 (3:0), Ribeyro, 53 (3:1)

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Digər xəbərlər