“Qarabağ” - “Şerif” oyununu Atacanov idarə edəcək

“Qarabağ” - “Şerif” oyununu Atacanov idarə edəcək
Futbol
21 Avqust 2020 - 03:02
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şerif” oyunun hakimləri  açıqlanıb.

Matçı 34 yaşlı qazaxıstanlı referi Furkat Atacanov idarə edəcək.

Baş hakimin köməkçiləri - laynsmanlardan Sergey Kalaçyov, Darxan Tuleqenov, həmçinin ehtiyat olan Qriqori Moskovçenko olacaq.

Oyun avqustun 26-da saat 20:00-da Respublika stadionunda başlanacaq.

Referi, üç il əvvəl 17 yaşlılardan ibarət Moldova yığmasının Makedoniyaya 0-2 hesabıyla məğlub olduğu matçın baş hakimi olub.

 

 

Digər xəbərlər