"İnter"lə "Mançester Yunayted" yarımfinalda

"İnter"lə "Mançester Yunayted" yarımfinalda
Futbol
11 Avqust 2020 - 07:26
Avropa Liqasında 1/4 final mərhələsi başlayıb.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Mançester Yunayted" Kölndə "Kopenhagen"i məğlub edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Yeni qaydalara əsasən bu mərhələ bir oyundan ibarət olduğundan qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. 94-cü dəqiqədə Bruno Fernandeş penaltini dəqiqə yerinə yetirərək "Mançester Yunayted"ə qələbə qazandırıb.

Milan "İnter"i isə Düseldorfda "Bayer"ə (Leverkuzen) klubuna 2:1 qalib gələrək yarımfinala yüksəlib.

10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0


Qol: Bruno Fernandeş, 94-pen.

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1


Qollar: Barella, 15 (1:0), Lukaku, 21 (2:0), Haverts, 24 (2:1)

11 avqust

23:00. "Şaxtyor" (Donetsk) - "Bazel"

23:00. "Vulverhempton" - "Sevilya"

Digər xəbərlər