"Qarabağ"ın 20 milyonluq büdcəsinə rəğmən təslim olmaq fikrimiz yoxdur"

"Qarabağ"ın 20 milyonluq büdcəsinə rəğmən təslim olmaq fikrimiz yoxdur"
Futbol
09 Avqust 2020 - 16:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"a rəqib "Sileks"in baş məşqçisi Qoran Simov fikirlərini bölüşüb.

Serbiyalı 45 yaşlı çalışdırıcı, rəqibin güclü olmasına baxmayaraq, sonadək mübarizə aparacaqlarını bildirib:

"Bütün rəqiblər möhtəşəmdir. "Qarabağ" 20 milyon avro büdcəylə favoritdir. Ancaq Avropa yarışında uğur qazanmaq arzusundayıq. "Qarabağ" əla komandadır, ardıcıl 7 il Azərbaycan çempionudur və Çempionlar Liqasında mütəmadi olaraq mübarizə aparıb, dəfələrlə mərhələ adlayıb. Bütün bunlara baxmayaraq, biz təslim olmaq niyyətində deyilik. İmkanlarımzdan maksimum istifadə edəcəyik ki, istəyimizə çataq. Ümid sonda ölür".

Qeyd edək ki, "Sileks"in büdcəsi 2.98 milyon avrodur.

Digər xəbərlər