”Sabah” “Neftçi”yə futbol dərsi keçdi

”Sabah” “Neftçi”yə futbol dərsi keçdi
Futbol
04 Avqust 2020 - 19:53
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqası klublarının yoxlama oyunları davam edir.

Supersport.Az xəbər verir ki, bu gün hazırlıq çərçivəsində “Neftçi” ilə “Sabah” üz-üzə gəlib. Matç "Sabah"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:2.

Bu, hər iki komandanın Qəbələdəki üçüncü yoxlama görüşü olub. "Sabah” bundan əvvəl “Qarabağ”a 2:1, “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

“Neftçi” isə “Sumqayıt”ı məğlub edib (3:0), "Qarabağ"a isə uduzub (0:1).
4 avqust

“Neftçi” – “Sabah” - 2:5
Qollar:
Təmkin Xəlilzadə, 2 (0:1), Stiven Monroz, 3 (1:1), Ramil Şeydayev, 44 (1:2), Abdulla Haybullayev, 64 (1:3), Camal Cəfərov, 70 (1:4), İsmayıl Züıfüqarlı, 82 (2:4),  Kevin Kubemba, 84 (2:5)

Digər xəbərlər