“Neftçi” baş məşqçiylə bağlı qərarı açıqladı

“Neftçi” baş məşqçiylə bağlı qərarı açıqladı
Futbol
30 İyul 2020 - 19:00
"Neftçi” baş məşqçisi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi vəzifəsinə namizədliyi təsdiqlənib. Onun daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

Digər xəbərlər