“Sumqayıt” - “Sabah” oyunu yarımçıq dayandırıldı

“Sumqayıt” - “Sabah” oyunu yarımçıq dayandırıldı
Futbol
30 İyul 2020 - 21:23

Qəbələdə "Sumqayıt" - "Sabah" yoxlama oyunu yarımçıq dayandırılıb.



 



Supersport.Az xəbər verir ki, güclü leysan buna səbəb olub. Görüşün birinci hissəsinin sonunda, hesab 0:0 olarkən baş hakim aramsız yağışa görə oyunu dayandırıb. Matçın sabah 2-ci hissədən oynanılması nəzərdə tutulub.



 



Qeyd edək ki, "Sumqayıt" bunadək Avropa Liqasında digər təmsilçimiz "Neftçi"yə böyük hesabla uduzub - 0:3.

"Sabah" isə ilk görüşdə Çempionlar Liqasında yarışacaq "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər