Türkiyə Superliqasında 21 klub mübarizə aparacaq

Türkiyə Superliqasında 21 klub mübarizə aparacaq
Futbol
30 İyul 2020 - 11:55
Türkiyə Superliqasında I Liqaya düşmək qaydası 2020/2021 mövsümü üçün ləğv olunub.

Supersport.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir məlumat verib.

O, növbəti mövsüm ölkə çempionatında 21 klubun iştirak edəcəyini bildirib.

Özdemir 2020/2021 mövsümünün sonunda 4 klubun Superliqanı tərk edəcəyini, 2021/2022 mövsümündə ölkə çempionatında 20 klubun yer alacağını vurğulayıb.

Beləliklə, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları elitanı tərk etməyəcək.

Digər xəbərlər