”Neftçi” iranlı hücumçuya dəvət göndərdi

”Neftçi” iranlı hücumçuya dəvət göndərdi
Futbol
28 İyul 2020 - 12:21
“Neftçi” İran millisinin futbolçusu Əli Əlipurla maraqlanır.

Supersport.Az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan klubu 25 yaşlı hücumçuya bir mövsüm üçün 300 min avro maaş təklif edib.

“Persepolis”lə müqaviləsi başa çatan iranlı futbolçuya Macarıstandan da dəvət gəldiyi, ancaq tərəflərin razılığa gələ bilmədiyi vurğulanıb.

Qeyd edək ki, ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.

 

Digər xəbərlər