“Qarabağ”ın yeni transferi məşq etdi

“Qarabağ”ın yeni transferi məşq etdi
Futbol
27 İyul 2020 - 22:00
Azərbaycanın səkkizqat çempionu Çempionlar Liqasına hazırlığı Qəbələdə davam etdirir.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın düşərgəsinə yeni transfer Uroş Matiç də qoşulub. Serbiyadan olan 30 yaşlı yarımmüdafiəçi komandasında ilk məşqinə çıxıb.

”Qarabağ”ın hazırlıq prosesində digər yeni transferlərdən Emil Balayev, Donald Gerye, Kevin Medina da iştirak edir.

Ağdam klubu gündə bir dəfə, axşam vaxtı çalışır, heyətdə zədəli futbolçu yoxdur.

Digər xəbərlər