“Qarabağ” üçün bütün gücümü sərf edəcəm”

“Qarabağ” üçün bütün gücümü sərf edəcəm”
Futbol
20 İyul 2020 - 02:15
“Qarabağ”ın yeni transferi Kevin Medina açıqlama verib.

Supersport.Az-ın xəbərinə görə, klubun mətbuat xidmətinə danışan 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi yeni klubuna gəldiyim üçün çox xoşbəxt olduğunu deyib:

“Təbii ki, "Qarabağ" barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm. Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəyəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, "Qarabağ" ardıcıl 7 dəfə çempion olub. Hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacağam ki, komandanın uğurlarına kömək edim".

Digər xəbərlər