“Neftçi” “Qarabağ”a qol vuran futbolçunu gətirdi - Video

“Neftçi” “Qarabağ”a qol vuran futbolçunu gətirdi - Video
Futbol, Video
19 İyul 2020 - 01:27
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.


Supersport.Az xəbər verir ki, əvvəlcə Yusuf Lavalla müqavilə bağlayan

paytaxt klubu, ardından Sabir Buqrini gətirib.


Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.


24 yaşlı futbolçu yeni komandasının heyətində 29 nömrəli formanı geyinəcək.


Sabir Buqrin Belçikanın "Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.


Buqrin "Düdelanj"da çıxış edərəkən Avroliqanın 2019-2020 mövsümünün qrup mərhələsində "Qarabağ"la Bakıdakı oyunda (1:1) qol vurub.






Digər xəbərlər