Maykl Essyen: "Şəhidlər ölməz, vətən bölünməz" - Foto

Maykl Essyen: "Şəhidlər ölməz, vətən bölünməz" - Foto
Futbol, Foto
18 İyul 2020 - 06:49





"Səbail"dən ayrılan Maykl Essyen Azərbaycanla vidalaşıb.

Supersport.Az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu sosial səhifəsində paylaşım edib.

Qanalı yarımmüdafiəçi Ermənistan – Azərbaycan sərhədində baş verənlərlə bağlı yenidən ölkəmizə dəstəyini göstərib və burada oynamağın onun üçün xoş olduğunu bildirib:

"Güclü və təhlükəsiz olun. Yenidən görüşənədək".

O, daha sonra Azərbaycan dilində "Şəhidlər ölməz, vətən bölünməz" sözlərini də paylaşıb.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi.

Digər xəbərlər