Messinin keçmək istədiyi klub

Futbol
04 İyul 2020 - 12:44
“Barselona”nın hücumçusu Lionel Messi komandadan ayrılmağı düşünür.
Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu, İspaniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandırıb.
Futbolçunun yaxınlarına “Barselona”dan ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Messinin komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.
33 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. Messinin “Barselona”nı Pep Qvardiolanın çalışdırdığı “Mançester Siti”yə dəyişmək istədiyi bildirilir.