7 il komada olan Şumaxerdən yeni xəbər

7 il komada olan Şumaxerdən yeni xəbər
Digər
11 İyun 2020 - 16:44

Supersport.Az-ın məlumatına görə, 7 ildir komada olan “Formula 1”in yeddiqat çempionu Mixael Şumaxer yenidən cərrahiyyə əməliyyatı olunacaq.


Fransa dağlarında xizəksürən zaman qəza keçirən alman pilot başı qayaya dəymişdi.


Uzun müddət İsveçrənin Cenevrə şəhərində evində yaşamına davam etsə də, komada qalıb. Qəza pilotun beynində qanaxmaya səbəb olub ki, bu da yüksək ölüm riski deməkdir.


51 yaşlı Şumaxer yenidən əməliyyat masasına aparılacaq.


Pilotun Kardiologiya doktoru Filip Menaşe daha əvvəl açıqlamasında deyib:


“Məqsəd Şumaxerin mərkəzi sinir sistemini yeniləməkdir”.


Beyin cərrahı Nikola Acciari bildirib:


“Son 20 ildə elm inanılmaz dərəcədə inkişaf etdi. Ancaq bu bizim insan beyni haqqında məhdud məlumat gerçəyini dəyişdirmir. Bu əməliyyatın hansı faydanı verəcəyini təxmin edə bilmərik”.


Digər xəbərlər