Millinin baş məşqçisi koronavirusa qalib gələn jurnalisti ziyarət etdi - Foto

Millinin baş məşqçisi koronavirusa qalib gələn jurnalisti ziyarət etdi - Foto
Digər, Eksklüziv, Foto
06 İyun 2020 - 21:37

Azərbaycanın sambo yığma komandasının baş məşqçisi Bəxtiyar Hacıyev koronavirusu məğlub edən idman jurnalisti Anar Cəfərsoyu ziyarət edib.


Gənc mütəxəssis Supersport.Az-ın baş redaktoruyla məskunlaşdığı evdə görüşərək, Azərbaycan Sambo Federasiyasının başsağlığını çatdırıb, dəstəyini nümayiş etdirib.

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov da idman jurnalistinə köməyi vacib hesab edib.

Xatırladaq ki, baş redaktor Anar Cəfərsoyun 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

 

 

Digər xəbərlər