“Qarabağ”la “Neftçi”nin oyunu sual altında - qadağaya görə

“Qarabağ”la “Neftçi”nin oyunu sual altında - qadağaya görə
Futbol
04 İyun 2020 - 21:15
Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən klublar yoxlama oyunları keçirəcəklər. 

"Qarabağ" "Sabah"la 9 iyundan sonra daha bir yoxlama görüşü keçirəcək. 

Ağdam klubu iyunun 14-ü "Səbail"lə qarşılaşmağı planlaşdırıb. Matç Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmalıdır.

“Neftçi” də Premyer Liqadan əvvəl iki yoxlama oyunu keçirmək istəyir.

Supersport.Az-ın xəbərinə görə, artıq üç gündür məşq edən komanda hazırlıq çərçivəsində iyunun 9-u, saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə”, iyunun 14-ü, saat 20:00-da isə 8- ci km stadionunda “Qəbələ” ilə qarşılaşmağı nəzərdə tutub.

Lakin ikinci oyunlar keçirilməyə bilər. Buna səbəb bu gün baş nazir Əli Əsədovun ayın 14-də də küçələrə çıxmamaq barədə qadağanın olmasını bildirməsidir.

Digər xəbərlər