Ronaldo İtaliyaya qayıtdı - əvvəl karantin, sonra məşq

Futbol
05 May 2020 - 11:44

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı hücumçu Turində iki həftə karantində olacaq, ardından mayın 18-də komanda ilə məşqlərə başlaya biləcək. "Yuventus" hazırlığa başlamazdan əvvəl bütün futbolçuları testdən keçirəcək.
Xatırladaq ki, Ronaldo insult keçirən anasını ziyarət etmək üçün martın 9-da Portuqaliyaya getmişdi. Daha sonra o, koronavirus pandemiyasına görə ailəsi ilə birlikdə Madeyra adasında karantində qalıb.