"Onların sizin qanınıza ehtiyacı var" - Çempionumuzdan ismarıc

"Onların sizin qanınıza ehtiyacı var" - Çempionumuzdan ismarıc
Digər, Güləş
09 Aprel 2020 - 02:17
Supersport.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev xeyirxah addım atıb.

Tanınmış pəhləvan Respublika Talassemiya Mərkəzinə gedərək qan ehtiyacı olanlara yardım edib və açıqlama verib:

"Məlum xəstəliklə bağlı insanların bayıra çıxmaqlarında məhdudiyyət olduğu üçün, talassemiya xəstələrinə qan köçürmə problemləri yaşanır. Xüsusən, işlə bağlı icazəsi olanlar o xəstələrə kömək etsələr, çox gözəl olar. Mən də bu xəstəlikdən əziyyət çəkənlərə qan verməyi özümə borc bildim. Ümid edirəm ki, iş icazəsi olmayan, amma sağlıq durumunda problemi olmayan insanlar da sms yazmaqla icazə alıb, ehtiyaclı xəstələrə qan verəcəklər.

Onların sizin qanınıza ehtiyacı var".

 

 

Digər xəbərlər