Futbolda yeni qaydalar

Futbolda yeni qaydalar
Futbol
08 Aprel 2020 - 15:45
Supersport.Az portalının məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbol qaydalarında dəyişiklik edib.

Topa əllə müdaxilə ilə bağlı yeni qərar qəbul olunub. Belə ki, top dirsəklə çiyin arasında olan məsafədə yarıdan yuxarıya dəyərsə, "əllə oyun" kimi dəyərləndirilməyəcək. Qısaqol formanın alt hissəsi ilə müdaxilə isə əllə oyun sayılacaq. Qapıya zərbə anında top çiyinlə dirsək arasına dəyərsə, VAR-a müraciət ediləcək.
Digər qərar qapıçılarla bağlıdır. Oyun penaltilər seriyasına qədər uzansa, 120 dəqiqə ərzində göstərilən sarı vərəqə onbirmetrlik zərbə zamanı keçərli olmayacaq. Penalti zərbəsi anında qapıçı qaydanı pozarsa və ya rəqibini hərəkətləri ilə narahat edərsə, qol qeydə alınmasa, zərbə təkrarlanacaq.

İFAB gələn mövsümdən qüvvəyə minməsi gözlənilən yeni qərarlarla bağlı milli qurumları məlumatlandırıb.

Digər xəbərlər