Pele: "Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusudur"

Pele: "Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusudur"
Futbol
25 Mart 2020 - 07:47
Supersport.Az-ın məlumatına görə, əfsanəvi futbolçu Pele "Yuventus"un ulduz oyunçusu Kriştiano Ronaldo haqda müsbət fikirlər bildirib.

Braziliyalı futbol adamı portuqaliyalı hücumçunu dünyada ən yaxşı hesab etdiyini söyləyib:

"Dünyada indiki məqamda ən yaxşı futbolçu Kriştiano Ronaldodur. Fikrimcə, o, yüksək səviyyədə oynayır. Ancaq Messini də unutmayaq, hansı ki, o, hücumçu deyil".

"Futbol kralı" futbol tarixinin ən möhtəşəm oyunçusunun kim olmasıyla bağlı sualı cavablandırmaqda çətinlik çəkib:

"Futbol tarixinin ən möhtəşəm futbolçusu? Bu suala cavab vermək çətindir. Biz Ziko, Ronaldinyo, Ronaldonu, Avropadan isə Frants Bekkenbauer və Yoxan Kroyff unutmamalıyıq".

Pele əməliyyatdan sonra səhhətinin yaxşılaşdığını deyərək, narahat olan hər kəsə təşəkkür edib.

 

 

Digər xəbərlər