AFFA-dan liqalarla bağlı növbəti qərar

AFFA-dan liqalarla bağlı növbəti qərar
Futbol
23 Mart 2020 - 18:03
AFFA-nın təşkilatçılığı ilə keçirilən çempionatların təxirə salınması müddəti növbəti dəfə uzadılıb.

Supersport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları aprelin 20-dək təxirə salınıb.
 Qeyd edək ki, AFFA daha əvvəl oyunların martın 27-dək təxirə salındığını açıqlamışdı.

Digər xəbərlər