Ronaldo olan yerdə iki zəlzələ

Ronaldo olan yerdə iki zəlzələ
Futbol
18 Mart 2020 - 09:00
Supersport.Az-ın məlumatına görə, koronavirusla bağlı ölkəsində karantində olan "Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo təhlükəylə qarşılaşıb. Madeyra adasında martın 15-də 3.8 bal gücündə zəlzələ olub. Əhalidən xəsarət alanlar olmasa da, yollar daş və dağıntılarla bağlanıb. On gün əvvəl həmin məkanda 5.2 bal gücündə zəlzələ baş verib. Bu, 290 min əhaliyə malik Madeyrada 12 il sonra olub.



Xatırladaq ki, Ronaldo "Yuventus"da komanda yoldaşı Daneil Ruqani koronavirusa yoluxduqdan sonra İtaliyanı tərk edərək Portuqaliyaya qayıdıb.

Digər xəbərlər