UEFA iki oyunu təxirə saldı

UEFA iki oyunu təxirə saldı
Futbol
11 Mart 2020 - 20:58
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iki oyununu təxirə salıb.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, bunlar "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" matçlarıdır.  İtaliya və İspaniya arasında koronavirus səbəbindən səyahət məhdudiyyətinə görə bu qərarın qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, hər iki görüşün yeni vaxtı yaxın zamanlarda müəyyənləşəcək.

Digər xəbərlər