Cavid Hüseynovla bağlı şikayət rədd edildi

Cavid Hüseynovla bağlı şikayət rədd edildi
Futbol
10 Mart 2020 - 16:18
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Supersport.Az-ın məlumatına görə, toplantıda "Zirə" klubunun Cavid Hüseynova 4 oyunluq cəza verilməsi barədə AFFA İntizam Komitəsinin fevralın 18-də çıxardığı qərarından şikayətə baxılıb. Tribunal apellyasiyanı qəbul etməyib.

Qeyd edək ki, Cavid Hüseynov fevralın 15-də Azərbaycan Premyer Liqasının XVII turunun "Zirə" – "Qarabağ" oyununun 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir edib. Nəticədə ona birbaşa qırmızı vərəqə göstərilib. AFFA İntizam Komitəsi Hüseynovu 4 oyunluq cəzalandırıb, klubu isə 3200 manat cəriməyə məruz qoyub.

Digər xəbərlər