"Qarabağ"la "Neftçi" dünya reytinqində yüksəldi

"Qarabağ"la "Neftçi" dünya reytinqində yüksəldi
Futbol
18 Fevral 2020 - 01:23
Supersport.Az xəbər verir ki, Football World Rankings portalı dünyanın ən yaxşı klublarının yeni reytinqini açıqlayıb.

Təmsilçilərimiz siyahıda yüksəlib.

Dünyanın 1000 klubunun sırasında Azərbaycanın yeddiqat çempionu "Qarabağ" 5 pillə irəliləyib. Ağdam klubu 1054 xalla 615-ci yerdən 610-cu pilləyə qalxıb.

Ölkənin səkkizqat birincisi "Neftçi" 818 xalla 3 pillə yüksəlməklə 684-cü yeri 681-ə dəyişib.

Reytinqdə ilk "üçlük" olduğu kimi qalıb:

1."Liverpul" (İngiltərə, 15962 xal), 2."Barselona" (İspaniya, 14827 xal), "River Pleyt" (Argentina, 12609 xal)

 

Digər xəbərlər