Avropa Kuboku: 9 medal, 2-ci yer

Avropa Kuboku: 9 medal, 2-ci yer
Digər, Cüdo
17 Fevral 2020 - 10:11
İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.

Supersport.Az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz üç medal qazanıb.

Oğlanların mübarizəsində Nahid İsmayılov (-73 kq) bütün rəqiblərini məğlub edərək Avropa Kubokunun qalibi olub.

81 kq çəki dərəcəsində yarışan Əlirza Şıxəlizadə yalnız final görüşündə uduzaraq ikinci yeri tutub.

Qızların yarışında isə Aytac Qardaşxanlı (-57 kq) üçüncü  olub.

Beləliklə, Azərbaycan cüdoçuları Fuenxirola turnirində ümumilikdə iki qızıl, dörd gümüş və üç bürünc medal qazanıblar.

Millimiz oğlanlar arasında medalların əyarına görə birinci yeri, ümumi komanda hesabında isə ikinci yeri tutub.

Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparıb.

Digər xəbərlər