Millimizdən geri addım

Millimizdən geri addım
Futzal, Futbol
07 Fevral 2020 - 00:11
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan millisi bundan əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. Millimiz 1407 xalla 14-cü pillədə qərarlaşıb.


Siyahıya 1843 xalla Braziliya başçılıq edir. İspaniya 2-ci (1801), Argentina 3-cüdür (1648).

Xatırladaq ki, komandamız bu ay dünya çempionatının elit raundunda Xorvatiyaya uduzub, Rusiyaya qalib gəlib, Slovakiya ilə heç-heçə edib.

Digər xəbərlər