Emil Balayevin keçmiş klubunda qazancı

Emil Balayevin keçmiş klubunda qazancı
Futbol
04 Fevral 2020 - 20:02
Qazaxıstan mətbuatı "Tobol"dan ayrılan millimizin qapıçısı Emil Balayev haqda məlumat yayıb.

Supersport.Az xəbər verir ki, yığmamızın üzvünün keçmiş komandada qazandığı pulla yanaşı, ona həmin pulu verə biləcək ölkə də açıqlanıb:

"Emil Balayev şübhəsiz ki, "Tobol"un əsas oyunçularından idi. O, Qazaxıstanda ilinə 200 min dollar (ayda təqribən (17 min dollar) qazanırdı. Bu pulu isə yalnız Polşanın əsas komandaları verə bilər".

Qeyd edək ki, yanvarın 31-i "Tobol"dan ayrılan Emil hazırda klubsuzdur.

Digər xəbərlər