Qurban Qurbanov dünya reytinqində irəlilədi

Qurban Qurbanov dünya reytinqində irəlilədi
Futbol
04 Fevral 2020 - 15:19
Football World Rankings portalı dünyanın ən yaxşı məşqçilərinin növbəti reytinqini açıqlayıb.

Supersport.Az xəbər verir ki, siyahıda Azərbaycan klublarının məşqçilərindən təkcə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov yer alıb. O, 1054 xalla 1 pillə irəliləyərək 578-ci yerə yüksəlib.
Qeyd edək ki, siyahının ilk pilləsində Yürgen Klopp ("Liverpul", 16014 xal) qərarlaşıb. "Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde 2-ci (13738 xal), "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo (12822 xal) 3-cüdür.

 

Digər xəbərlər