"Qarabağ"ın güclənmək məqsədi: 3 futbolçu da gətirilə bilər

"Qarabağ"ın güclənmək məqsədi: 3 futbolçu da gətirilə bilər
Futbol, Eksklüziv
02 Fevral 2020 - 12:12
Azərbaycanın yeddiqat çempionu "Qarabağ" qış fasiləsində heyətini qüvvətləndirmək yolunda fəaliyyəti sürətləndirib. 

İspaniya La Liqasında mübarizə aparan "Leqanes"in qanalı hücumçusu Ovusu Kvabenanı transfer edən premyer liqamızın lideri, 3 futbolçu da cəlb etməkdə israrlıdır.

Supersport.Az-a daxil olan məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandaya 1 mərkəz müdafiəçisi, 1 yarımmüdafiəçi və daha 1 forvardın gətirilməsinin vacibliyini bildirib. Klub, ispan futbolçu Dani Kintanayla yolları böyük ehtimalla ayıracaq.  

Azərbaycanda qış transfer müddəti sabah, fevralın 3-də başa çatacaq. Ağdam klubu heyətin gücləndirilməsi istiqamətində bütün imkanlarını səfərbər edib.

"Qarabağ"ın üç yarımmüdafiəçi ilə maraqlandığı bildirilir. Siyahıda Alper Potuk ("Fənərbağça"), Aissa Laidouni ("Voluntari"), Coni Montielin ("Rayo Valyekano") olduğu haqda xəbər yayılıb. Türkiyəli futbolçunun transferi məsələsində razılığa gəlindiyi məlumatı verilib. Sabaha qədər buna dəqiq aydınlıq gələcək. 

"Qarabağ"ın B Seriyası təmsilçisi "Çittadella"da çıxış edən italiyalı hücumçu Cüzeppe Panikonu da gətirməyə cəhd etdiyi qeyd olunub.

Azərbaycan klubunun mərkəz müdafiəçisi olaraq hansı futbolçuyla maraqlandığı barədə hələ ki, məlumata rast gəlinməyib.

 

 

Digər xəbərlər