Ayxan Abbasovdan hakimlərə etiraz: "Qapımıza qol ofsayddan vuruldu" - Video

Ayxan Abbasovdan hakimlərə etiraz: "Qapımıza qol ofsayddan vuruldu" - Video
Futbol, Video
01 Fevral 2020 - 22:35
Supersport.Az ölkə çempionatının 15-ci turunda "Neftçi"ylə oyunda hakim ədalətsizliyilə üzləşən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun fikirlərinin videogörüntüsünü təqdim edir.

Mütəxəssis, hakimlərin nəticəyə təsir edən səhv etdiyini, komandasının qapısına qolun ofsayddan vurulduğunu bildirib. Sumqayıt klubunun baş məşqçisi referilərə diqqətli olmağı məsləhət görüb.


Xatırladaq ki, "Sumqayıt" hesabda irəlidə olarkən "Neftçi"nin hücumçusu Baqali Dabo oyundankənar vəziyyətdə fərqlənib. Baş hakim Kamal Umudlu kobud səhvə yol verərək, qolu hesaba alıb. Buna görə də "Sumqayıt"ın qələbə qazanmaq istəyi baş tutmayıb.

Anar Cəfərsoy

Digər xəbərlər