Millimizin baş məşqçisi ruslar üzərində qələbə haqda

Millimizin baş məşqçisi ruslar üzərində qələbə haqda
Futzal, Futbol
31 Yanvar 2020 - 01:47
Supersport.Az-ın məlumatına görə, DÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində bu gün Rusiya yığması ilə qarşılaşan və qələbə qazanan Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva açıqlama verib.
"Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi. Səhər-səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq. Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artırdır. Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım.

Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya-Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar" ( affa.az).



Digər xəbərlər