Eksklüziv: "Neftçi"dən istefaya göndərdiyi Roberto Bordinə 250 min

Eksklüziv: "Neftçi"dən istefaya göndərdiyi Roberto Bordinə 250 min
Futbol, Eksklüziv
19 Yanvar 2020 - 12:10
Supersport.Az-a "Neftçi"nin istefaya göndərdiyi Roberto Bordinə ödəyəcəyi kompensasiya məlum olub. Azərbaycan klubu 5 ay müddətində italiyalı mütəxəssisə 250 min avro verməli olacaq.

Klub baş məşqçinin istefası ilə bağlı rəsmi açıqlama yayıb.

"Neftçi" PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, bu gün baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

"Neftçi" PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır".

 

 

Digər xəbərlər