Antalyadan klublarımızı narahat edən xəbər - Şəkil

Antalyadan klublarımızı narahat edən xəbər - Şəkil
Futbol, Foto
06 Yanvar 2020 - 20:23
Supersport.Az-ın məlumatına görə, dünya klublarının təlim-məşq mərkəzinə çevrilən Türkiyənin şəhərində ciddi problem olub. Antalyada bu gün səhər qasırğa - güclü külək, şiddətli yağış olduğundan komandalar hazırlıq prosesini təxirə salıblar.



Ötən il də hava şəraitiylə bağlı belə hallar müşahidə olunmuşdu.

"Qarabağ", "Neftçi", "Qəbələ" və başqa klublarımız qış hazırlığını Antalyada keçirməyi planlaşdırıb. Azərbaycan komandalarının da əlverişsiz hava şəraitiylə əlaqədar problemlə üzləşə bilər. Ötən il klublarımız bu səbəbdən məşqlərini, oyunlarını təxirə salmışdılar.

 

Digər xəbərlər